Türkiyə vətəndaşının idarə etdiyi avtomobil Gəncədə ağaca çırpılıb
Hadisə
- 07 mart, 2024
- 11:17
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Ozan küçəsində Türkiyə vətəndaşı olan Ozan Alkanın idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobilə zərər dəyib.
Sürücünün sözlərinə görə, yolda olan çuxur qəzaya səbəb olub. Belə ki, avtomobil çuxura düşdükdən sonra təkər şini partlayıb və nəqliyyat vasitəsi idarəetmədən çıxıb.
Qeyd edək ki, O.Alkan Gəncə şəhərində olan ali məktəblərin birinin tələbəsidir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
01:32
İstanbulda hava səbəbindən 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
Region
01:17
Foto
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - birgə açıqlama
Daxili siyasət
01:00
UEFA Çempionlar Liqasında ikinci turun növbəti oyunları keçirilib
Futbol
00:38
ABŞ hipersəs raketinin yerləşdirilməsi qrafikindən geri qaldığını etiraf edib
Digər ölkələr
00:10
Kiyevə növbəti hərbi yardım müzakirə edilib
Digər ölkələr
00:00
İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür
Daxili siyasət
23:29
Slovakiya Ukrayna üçün yeni Avropa kreditinə qoşulmayacaq
Digər ölkələr
23:15
Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb
Digər ölkələr
23:08
ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır
Maliyyə