Türkiyə vətəndaşının Azərbaycandan ölkəsinə ekstradisiya olunması ilə bağlı müraciətinə baxılır

Türkiyə vətəndaşının Azərbaycandan ölkəsinə ekstradisiya olunması ilə bağlı müraciətinə baxılır Bakı. 4 iyun REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyə vətəndaşı Turqut Kamal Abdulsəlamın öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyinin təqdimatı üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
4 İyun , 2018 13:21
Türkiyə vətəndaşının Azərbaycandan ölkəsinə ekstradisiya olunması ilə bağlı müraciətinə baxılır
0 : 00
0 : 00

Bakı. 4 iyun REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyə vətəndaşı Turqut Kamal Abdulsəlamın öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyinin təqdimatı üzrə məhkəmə iclası davam etdirilib.

"Report" xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə T.Kamal ifadə verib.

O, dindirilən zaman Türkiyəyə getmək istədiyini deyib. T.Kamal 8 övladının olduğunu, ittihamları rədd etdiyini bildirib: "Siz məni öz ölkəmə göndərin, orda bəraətimi alacam".

Prosesdə daha sonra Ədliyyə Nazirliyinin nümayəndəsi çıxış edib. O deyib ki, T.Kamal həm Almaniya, həm də Türkiyədə cinayət əməli törədib: "Hər iki ölkə tərəfindən bizə sorğular daxil olub. Lakin təqsirləndirilənin Türkiyə vətəndaşı olduğuna görə öz ölkəsinə eksradisiya olunmasını məqsədəuyğun hesab edirik".

Türkiyə səfirliyin nümayəndəsi də vətəndaşlarının təhvil verilməsini tələb edib.

Məhkəmə iclası növbəti həftə davam etdiriləcək.

Qeyd edək ki, ittihama görə, T.Kamal Almaniyada narkotik vasitələrin dövriyyəsində təqsirləndirilir. O, 2006-2007-ci ildə Almaniya və Holllandiyaya narkotik vasitələrin daşınmasını maliyyələşdirib.

Həmçinin T.Kamal Türkiyə tərəfindən də axtarışa verilib.

Daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində Almaniyanın sorğusuna baxılıb. Həmin sorğu təmin edilib. Lakin Bakı Apellyasiya Məhkəməsində işə baxılan zaman Türkiyə tərəfi də T.Kamal haqqında axtarış elan edib və Azərbaycan tərəfindən eksradisiya edilməsini tələb edib. Bu səbəbdən iş birinci intansiya məhkəməsinə qaytarılıb.

Son xəbərlər

Orphus sistemi