Bakı. 17 oktyabr. REPORT.AZ/ Türkiyə vətəndaşı Qazaxda soyğunçuluğa məruz qalıb.
"Report" un Daxili İşlər Nazirliyinə (DİN) istinadən verdiyi məlumata görə, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 9-da Türkiyə vətəndaşı Ayvazoğlu Şahinin 40 manat və 2050 ABŞ dolları pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Ağstafa rayon sakini Rasim Tağıyev tutulub.
Araşdırmalar davam etdirilir.