Turizm səfəri təşkil etmək adı ilə dələduzluq edən qadın məhkəmə zalında həbs olunub

Turizm səfəri təşkil etmək adı ilə dələduzluq edən qadın məhkəmə zalında həbs olunub Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Günel Şıxıyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
12 Sentyabr , 2018 11:06
Turizm səfəri təşkil etmək adı ilə dələduzluq edən qadın məhkəmə zalında həbs olunub
0 : 00
0 : 00

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Günel Şıxıyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə G.Şıxıyeva 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri dəyişdirilib, G.Şıxıyeva məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, G.Şıxıyeva Sinqapura turizm səfəri təşkil etmək adı ilə vətəndaşları aldadaraq pul alıb. Aldığı pulun qarşılığında hətta müştərilərə təyyarə biletləri də satan G.Şıxıyevanın əməlləri elə hava limanında üzə çıxıb. Ondan turizm paketini alan müştəri hava limanına çatan zaman təyyarə biletinin saxta olduğunu öyrənib.

Səkkiz zərərçəkmişin şikayəti əsasında G.Şıxıyeva saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Lakin sonradan G.Şıxıyevanın barəsində polis nəzarətində qətimkan tədbiri seçilib.

Xatırladaq ki, məhkəmə istintaqı dövründə zərərçəkmişlər G.Şıxıyevanın atasının prokurorluqda işlədiyini bildiriblər. Onun 1 yalı uşağı var.

Son xəbərlər

Orphus sistemi