Transmilli mütəşəkkil cinayətkar dəstələrin narkotikləri Azərbaycan vasitəsi ilə daşıdıqları marşrutlar açıqlanıb

Transmilli mütəşəkkil cinayətkar dəstələrin narkotikləri Azərbaycan vasitəsi ilə daşıdıqları marşrutlar açıqlanıb Dövlət Təhlükəsizliyi Xidməti (DTX) keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində transmilli mütəşəkkil cinayətkar dəstələrin külli miqdarda qaçaq yolla narkotik vasitələrin daşınma marşrutlarını açıqlayıb.
Hadisə
8 İyun , 2024 14:12
Transmilli mütəşəkkil cinayətkar dəstələrin narkotikləri Azərbaycan vasitəsi ilə daşıdıqları marşrutlar açıqlanıb

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində transmilli mütəşəkkil cinayətkar dəstələrin qaçaq yolla külli miqdarda narkotik vasitələrini Azərbaycan vasitəsi ilə daşıdıqları marşrutları açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə DTX-nin məqaləsində qeyd olunub.

Transmilli mütəşəkkil cinayətkar dəstələrin narkotik vasitələrini Azərbaycana daşıdıqları əsas marşrutların bunlar olduğu qeyd edilib:

İran İslam Respublikası - Azərbaycan Respublikası - Rusiya Federasiyası;

İran İslam Respublikası - Azərbaycan Respublikası - Türkiyə Respublikası - Rusiya Federasiyası;

İran İslam Respublikası - Azərbaycan Respublikası - Qazaxıstan - Rusiya Federasiyası - Qərbi Avropa;

İran İslam Respublikası - Azərbaycan Respublikası - Gürcüstan-Ukrayna-Qərbi Avropa (Rusiya - Ukrayna müharibəsinə qədər);

İran İslam Respublikası - Azərbaycan Respublikası - Rusiya Federasiyası - Yaponiya (Rusiya - Ukrayna müharibəsinə qədər).

Son xəbərlər

Orphus sistemi