Tramp viza lotereyası sayəsində ABŞ-a gələn immiqrantları tullantı adlandırıb

Tramp viza lotereyası sayəsində ABŞ-a gələn immiqrantları tullantı adlandırıb "Onlar bizə ən pis insanlarını verirlər, onlar həmin insanları zibil kimi atırlar"
Hadisə
16 Dekabr , 2017 04:18
Tramp viza lotereyası sayəsində ABŞ-a gələn immiqrantları tullantı adlandırıb

Bakı. 16 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp immiqrasiya viza lotereyası proqramı üzrə ölkəyə gələn insanları öz cəmiyyətlərinin pislərinin ən pisi adlandırıb və bu mexanizmi ləğv etməyə çağırıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o, müvafiq bəyanatla cümə günü Federal Təhqiqatlar Bürosunun Virciniya ştatında yerləşən Milli Akademiyasında çıxış edib.

"Lotereya var. Siz insanları seçirsiniz. Sizcə ölkələr bizə ən yaxşı insanlarını verirlər? Xeyir", - deyə Tramp auditoriyada gülüş yaradıb.

"Bu nə sistemdir? Onlar lotereya sayəsində gəlirlər. Onlar bizə ən pis insanlarını verirlər, onlar həmin insanları zibil kimi atırlar", - deyə prezident qeyd edib.

Onun sözlərinə görə, Prezident Administrasiyası Konqresi "zəncirvari miqrasiya"ya son qoymağa, həmçinin viza lotereyasını dayandırmağa çağırır və onu xidmətlər müqabilində immiqrasiya sistemi ilə əvəz etməyə çağırır.

Son xəbərlər

Orphus sistemi