İmişlidə qadının ölümünə səbəb olan traktor sürücüsünün apelyasiya şikayəti təmin edilməyib

İmişlidə qadının ölümünə səbəb olan traktor sürücüsünün apelyasiya şikayəti təmin edilməyib Şirvan Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Savalan Bayramovun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
27 Aprel , 2019 14:45
İmişlidə qadının ölümünə səbəb olan traktor sürücüsünün apelyasiya şikayəti təmin edilməyib

Şirvan Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Savalan Bayramovun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, S.Bayramovun apelyasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, hadisə ötən il iyulun 29-da İmişlinin Xoşçobanlı kənd ərazisində baş verib. Həmin ərazidə S.Bayramovun idarə etdiyi traktor Saatlı sakini Eldar Hüseynovun minik avtomobili ilə toqquşub. Hər iki sürücü və avtomobildə olan sərnişinlər - Babək Allahverdiyev, Məlahət Allahverdiyeva və Samirə Vəliyeva müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Həkimlərin səylərinə baxmayaraq, M.Allahverdiyevanın həyatını xilas etmək mümkün olmayıb. Digər yaralılar isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Bayramov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi