Tovuzun Ağdam kəndində top mərmisinin hissəsi tapıldı

Tovuzun Ağdam kəndində top mərmisinin hissəsi tapıldı Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindənAzərbaycanRespublikası ƏrazilərininMinalardanTəmizlənməsiüzrəMilliAgentliyə (ANAMA) Tovuz rayonu, Ağdam kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Hadisə
989
18 Avqust , 2020 04:20
Tovuzun Ağdam kəndində top mərmisinin hissəsi tapıldı
0 : 00
0 : 00

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz rayonu, Ağdam kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan "Report"a bildirilib ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları əraziyə göndərilib və birlikdə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd partlamış 85 mm-lik top mərmisinin (BR-365K) hissəsi aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin hissəsinin ətrafında 100 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi