Yuxarı

Tovuzda yüksək gərginlikli xətt qırılıb: vətəndaşlara ciddi ziyan dəyib - FOTO

Xoşbəxtlikdən hər hansı kənd sakini ziyan görməyib

Bakı. 26 dekabr. REPORT.AZ/ Tovuzda yüksək gərginlikli xətt qırılaraq evlərə gedən naqillərin üzərinə düşüb.

"Report"un məlumatına görə, rayonun Aşağı Quşçu kəndində baş verən hadisə zamanı 100-ə yaxın sakinin elektirik avadanlıqları, sayğacları yanaraq yararsız hala düşüb.

Hadisə zamanı naqillərdə yanqın baş verib ki, nəticədə dirəklərdən ayırılaraq yerə tökülüb. Qəfildən baş verən hadisə zamanı elektirikə qoşulu olan televizor, soyuducu və digər məişət əşyaları yüksək gərginliyə tap gətirməyərək sıradan çıxıb.

Sakinlər bildirir ki, naqillərdə yaranan qısqa qapanma məktəb küçəsinə yaxın yerləşdiyindən onlarda ciddi narahatııq yaradıb. Xoşbəxtlikdən hər hansı kənd sakini ziyan görməyib.

Aşağı Quşçu kəndində baş verən hadisə yerinə “Azərişıq” ASC-nin əməkdaşları gələrək yaranan problemi aradan qaldırmağa çalışıblar. Tovuz EŞ baş mühəndisi Musa Nağıyev hadisəyə subartezian quyusunun transfarmatorunda baş verən qəzanın səbəb olduğunu bildirib.

İdarə rəsmisi gecə saatlarına qədər kəndə elektirik verlişinin bərpa ediləcəyini də bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi