Tovuz. 7 mart. REPORT.AZ/ Tovuz rayonunda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan piyada xəstəxanada ölüb.
Tovuz Rayon Polisi Şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, hadisə zamanı ağır xəsarət alan piyada 1972-ci il təvəllüdlü Əliyev Fikrət Fərmayıl oğlu xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Xatırladaq ki, hadisə martın 5-də rayonun Əlimərdanlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini F.Əliyev sürücüsü istintaqa məlum olmayan "Hyundai" markalı avtomobillə vurulub. Ağır bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib.