Tovuzda yol qəzasında ər və arvad ağır yaralanıb

Tovuzda yol qəzasında ər və arvad ağır yaralanıb Tovuz. 2 avqust. REPORT.AZ/ Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
2692
2 Avqust , 2018 09:58
Tovuzda yol qəzasında ər və arvad ağır yaralanıb
0 : 00
0 : 00

Tovuz. 2 avqust. REPORT.AZ/ Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb. 

Hərəkətdə olan “VAZ-2107” və “VAZ-2121” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-2107” də olan iki nəfər, Qovlar şəhər sakini, 1951-ci il təvəllüdlü Nazim Məmməd oğlu Şamilov və onun həyat yoldaşı 1951-ci il təvəllüdlü Məzə Müseyib qızı Şamilova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi