Yuxarı
    Bağlamaq

    Tovuzda yol qəzası baş verib, xəsarət alan var

    Xəyal Qəhrəmanov Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

    Tovuz. 22 yanvar. REPORT.AZ/ Tovuz rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

    "Report"un qərb bürosu xəbər verir ki, hadisə axşam saatlarında, Qovlar ərazisindəki istirahət parkının qarşısında baş verib.

    Markası hələlik məlum olmayan iki avtomobilin toqquşması nəticəsində rayon sakini, 34 yaşlı Xəyal Qəhrəmanov xəsarət alıb. O, ətrafdakıların köməyi ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Yaralının vəziyyətinin orta ağır olduğu bildirilir. 

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi