Tovuzda yol qəzası baş verib, iki nəfər xəsarət alıb - FOTO

Tovuzda yol qəzası baş verib, iki nəfər xəsarət alıb - FOTO Hadisənin baş verməsinin səbəbləri araşdırılır
Hadisə
17 Fevral , 2017 17:14
Tovuzda yol qəzası baş verib, iki nəfər xəsarət alıb - FOTO

Tovuz. 17 fevral. REPORT.AZ/ Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun İbrahimhacılı kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "VAZ-2106" markalı avtomobillə "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alanlar - Tovuz rayon sakinləri 53 yaşlı Əzizə Quliyeva və 45 yaşlı Qəmər Abbasova Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəsətəxanadan verilən məlumata görə, yaralılara ilkin tibbi yardım göstərilib və onların vəziyyətləri ağırdır. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi