Tovuzda yanğın hadisəsi qeydə alınıb

Tovuzda yanğın hadisəsi qeydə alınıb Hadisə rayonun Aşağı Mülkülü kəndində baş verib.
Hadisə
5 Fevral , 2015 06:21
Tovuzda yanğın hadisəsi qeydə alınıb

Bakı. 5 fevral. REPORT.AZ/ Tovuz rayonunda yanğın hadisəsi qeydə alınıb.

"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayonun Aşağı Mülkülü kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan talvarın yanar konstruksiyaları 14 kv.m sahədə, talvarın altına yığılan 4 ton ot bağlamasının 2 tonu, ümumi sahəsi 60 kv.m olan tövlənin dam örtüyünün yanar kostruksiyaları 12 kv.m sahədə yanıb və yaxınlıqda yerləşən digər vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılan 6 ton ot bağlamasının 3 tonu yanıb.

Tikililərin, ot bağlamasının qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 03:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi