​Tovuzda yanğın baş verib

​Tovuzda yanğın baş verib Məktəb binası yanğından mühafizə olunub
Hadisə
29 Dekabr , 2014 23:15
​Tovuzda yanğın baş verib

Bakı. 29 dekabr. REPORT.AZ/ Tovuz rayonu, Yanıqlı kəndində birmərtəbəli məktəbdə yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Təhsil Nazirliyinə məxsus hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 500 kv.m olan birmərtəbəli məktəb binasının 2 sinif otağı və dəhlizin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb.

Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. 

Son xəbərlər

Orphus sistemi