Tovuzda yanacadoldurma məntəqəsinə məxsus pulu mənimsəyən şəxslər saxlanılıb.

Tovuz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçiridiyi əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, R.Əhmədov əvvəlcədən dostları ilə planlaşdıraraq ona qarşı quldurluq hadisəsini törədilməsini təşkil edib. Bu işdə ona Tovuz rayon Qovlar şəhər sakinləri Hüseyn Cəfərov və Vüsal Quliyev köməklik edib. Hər üç şəxs saxlanılaraq RPŞ-a gətirilib. Saxlanılan şəxslər ilkin dindirilmə zamanı törətdikləri cinayət hadisəsini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.