Zərdabda toydan qayıdan gənc oğlan ev yarıb

Zərdabda toydan qayıdan gənc oğlan ev yarıb İntiqam Məmmədov 900 manat pul və qızıl zinət əşyaları oğurlayıb
Hadisə
21 Aprel , 2015 05:58
Zərdabda toydan qayıdan gənc oğlan ev yarıb

Bakı. 21 aprel. REPORT.AZ/ Zərdab rayonunda mənzildən oğurluq edən şəxs tutlub.

"Report" xəbər verir ki, hadisə rayonun Aşağı Seyidlər kəndində qeydə alınıb.

Kənd sakini 41 yaşlı Rza Bayramovun evdə olmadığını fürsət bilən qonşusu 24 yaşlı İntiqam Məmmədov evin pəcərəsində içəri daxil olub. Mənzildə olan 900 manat pul və dəyəri 1000 manat çox olan qızıl zinət əşyaları götürüb. Rza Bayramov evinə geri dönəndə mənzilindən oğurluq edildiyini bilən kimi dərhal Zərdab rayon polis şəbəsinə müraciət edib.

İntiqam Məmmədovun sözlərinə görə, gecə saatlarında oğurluq edərkən toydan gəlirmiş və içkili vəziyyətdə ogurladığı pul ilə borclarını ödəməli imiş.

Hazırda bir övladı olan İntiqam etdiyi əmələ görə çox peman olub.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri üzrə cinayət işi başlanılaraq istintaqı aparılır. 

Son xəbərlər

Orphus sistemi