Tovuzda 3 nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb - VİDEO - YENİLƏNİB-4

Tovuzda 3 nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb - VİDEO - YENİLƏNİB-4 Video əlavə olunub.
Hadisə
9 Avqust , 2019 12:18
Tovuzda 3 nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb - VİDEO - YENİLƏNİB-4

Video əlavə olunub.


*** 09:28

Tovuzda 3 nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. 

Qeyd edək ki, axşam saatlarında 3 avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində Tovuz rayon sakinləri, 1983-cü il təvəllüdlü Kamran Sakit oğlu Qasımov, 1964-cü il təvəllüdlü Nailə Yolçu qızı Murtuzəliyava və 1990-cı il təvəllüdlü Müzəffər İlqar oğlu Hüseynzadə ölüblər.


*** 00:04

Qeyd edək ki, qəza nəticəsində daha 3 nəfər, Murtuzaliyeva Aysel Əhmed qızı, 1993-cü il təvəllüdlü Murtuzaliyeva Ayşən Əhməd qızı və Murtuzəluyeva Vüqar Vüsal oğlu müxtəlif bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan Ayşə Murtuzəliyevanın xəsarətinin daha ciddi olduğu bildirilir.

Qəzanın dəqiq baş vermə səbəbləri isə araşdırılır.


*** 23:31

Tovuz rayonunda üç maşının toqquşması nəticəsində xəsarət alan və ölənlərin adları məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza nəticəsində Murtuzəliyeva Aysel Əhməd qızı, Murtuzəliyeva Ayşən Əhməd qızı, Murtuzəliyeva Vüqar Vüsal oğlu müxtəlif bədən xəsarətələri alıblar. Onlar dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Zəncirvari avtomobil qəzası zamanı ölən şəxslər isə Tovuz rayon sakini, 1996-cı il təvəllüdlü Müzəffər İlqar oğlu Hüseynzadə, 1983-cü il təvəllüdlü Qasımov Kamran Sakit oğlu və Mustafayeva Nailə Yolçu qızıdır.

Faktla bağlı araşdırma aparılır.


23:04***

Tovuz şəhərində yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adı məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, zəncirvari avtomobil qəzası zamanı ölən şəxs, Tovuz rayon sakini, Müzəffər İlqar oğlu Hüseynzadədir.

Müzəffər Hüseynzadənin tələbə olduğu bildirilir. Qəza nəticəsində xəsarət alan 3 nəfərin vəziyyəti isə ağırdır. 

Qeyd edək ki, qəza toy mərasimindən qayıdan zaman baş verib.


22:14***

Tovuz şəhərində bir neçə avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin giriş hissəsində qeydə alınıb. Üç avtomobilin toqquşması ilə nəticələnən qəzada ölən və yaralıların olduğu bildirilir.

Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi