​Tovuzda törədilən qətlin üstü açılıb

​Tovuzda törədilən qətlin üstü açılıb 18 yaşlı qız qardaşı tərəfindən öldürülüb
Hadisə
22 İyun , 2016 22:02
​Tovuzda törədilən qətlin üstü açılıb

Tovuz. 22 iyun. REPORT.AZ/ İyunun 19-da Tovuzun Aşağı Quşçu kəndində törədilən qətlin üstü açılıb.

Kəndin Bələdiyyə sədri Tofiq Hüseynovun "Report"un Qərb bürosuna verdiyi xəbərə görə, 18 yaşlı Günay Gülməmmədova qardaşı Ruslan Gülməmmədov tərəfindən qətlə yetirilib.

Onun sözlərinə görə, hadisə qısqanclıq zəminində baş verib.

1998-ci il təvəllüdlü Günay Gülməmmədovanın meyiti iyunun 19-da axşam saat 21:00 radələrində Tovuzun Aşağı Quşçu kəndində aşkar edilib.

Son xəbərlər

Orphus sistemi