Yuxarı

Tovuzda qatı duman avtomobillərin hərəkətini çətinləşdirib

Rayona istiqamətlənən maşınlarən hərəkətində ləngimələr yaranıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Tovuzda qatı duman avtomobillərin hərəkətini çətinləşdirib.

“Report” xəbər verir ki, təxminən saat 21:00 radələrindən başlayaraq rayonun Əlibəyli və Yuxarı Öysüzlü kəndlərindən Tovuza istiqamətlənən avtomobillərin hərəkətində müəyyən ləngimələr yaranıb.

Sürücülərin sözlərinə görə, avtomobillərin uzaq vuran işıqları belə dumana təsir göstərə bilməyib. Bu cür hava şəraiti daha çox kənd yollarında müşahidə olunub.

Sürücülər son 5 ildə rayonda belə dumanlı, çiskinli havanın müşahidə olunmadığını bildiriblər. Təbiət hadisəsi heç bir yol qəzasına səbəb olmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi