Tovuzda qadın kimyəvi dərman içərək intihara cəhd edib

Tovuzda qadın kimyəvi dərman içərək intihara cəhd edib Mələk Səfərova həşəratlar üçün nəzərdə tutulan kimyəvi dərmanı içib
Hadisə
1 Dekabr , 2017 01:11
Tovuzda qadın kimyəvi dərman içərək intihara cəhd edib

Tovuz. 1 dekabr. REPORT.AZ/ Tovuzda qadın kimyəvi dərman içərək intihara cəhd edib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Əyyublu kəndində baş verib.

Kənd sakini, 1993-cü il təvəllüdlü Mələk Əli qızı Səfərova yaşadığı evdə həşəratlar üçün nəzərdə tutulan kimyəvi dərman içərək özünü zəhərləyib. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilən qadının vəziyyətinin ağır olduğu bildirilir.

Onun hansı səbəbə görə, özünü zəhərləməsi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi