Yuxarı

Tovuzda qadın ağacdan yıxılaraq ağır xəsarət alıb

​Tovuzda qadın ağacdan yıxılaraq ağır xəsarət alıb

Tovuz rayonunda yerli sakin ehtiyatsızlıqdan ağır zədə alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Əlibəyli kəndində qeydə alınıb.

Belə ki, qadın (şəxsiyyəti dəqiqləşdirilir-red) qoz yığmaq istəyən zaman ağacdan yıxılıb. O, yaxınları tərəfindən Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya onurğa sütununun fəqərə sınığı diaqnozu qoyulub və vəziyyəti ağır olduğundan, ilkin tibbi yardım göstərilərək Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi