Tovuz. 27 sentyabr. REPORT.AZ/ Tovuz rayonunda polis əməkdaşı qəzaya düşüb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Quşçu kəndi ərazisində baş verib.
Belə ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşı, 1971-ci il təvəllüdlü Azər Qudrət oğlu Dostuyevin idarə etdiyi "Mercedes" markalı avtomobil Tovuz rayon Quşçu kənd sakini, 1990-cı il Əli Teman oğlu Tağıyev idarə etdiyi avtomobillə toqquşub. Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. A.Dostuyev daha sonra Gəncə şəhərindəki özəl xəstəxanalardan birinə köçürülüb.
Faktla bağlı araşdırmalara başlanılıb.