Tovuzda orta yaşlı kişini qatar vuraraq öldürüb - FOTO - YENİLƏNİB

Tovuzda orta yaşlı kişini qatar vuraraq öldürüb - FOTO - YENİLƏNİB Tovuz. 5 noyabr. REPORT.AZ/ Tovuz rayonunda qatarın altında qalaraq ölən şəxsin adı məlum olub.
Hadisə
5 Noyabr , 2018 11:46
Tovuzda orta yaşlı kişini qatar vuraraq öldürüb - FOTO - YENİLƏNİB
Report
0 : 00
0 : 00

Tovuz. 5 noyabr. REPORT.AZ/ Tovuz rayonunda qatarın altında qalaraq ölən şəxsin adı məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1981-ci il təvəllüdlü Nemət Rüfət oğlu Həsənov qatarın altında qalaraq ölüb. İlkin məlumatlara görə, hadisə ehtiyyatsızlıqdan baş verib.

Araşdırmalar davam etdirilir.

***9:57

Tovuz. 5 noyabr. REPORT.AZ/ Tovuz rayonunda orta yaşlı kişini qatar vuraraq öldürüb.

"Report"un Qərb bürosunun xəbərinə görə, hadisə dəmir yolu xəttinin Dondar Quşçu kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişi hərəkətdə olan qatarın altında qalaraq ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi