Tovuzda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var

Tovuzda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var Faktla bağlı araşdırma aparılır
Hadisə
14 Yanvar , 2017 12:58

Tovuz. 14 yanvar. REPORT.AZ/ Tovuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, "Ford" markalı sərnişin mikroavtobusu "QAZ-21" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində bir ailənin 3 üzvü - Mehman Məmmədov, Nazxanım və Təranə Məmmədovlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. 

Xəstəxanadan "Report"a verilən məlumata görə, xəsarət alanlardan N.Məmmədovanın vəziyyəti ağır olaraq qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi