​Tovuzda məişət tullantıları ərazisində yanğın baş verib - FOTO

​Tovuzda məişət tullantıları ərazisində yanğın baş verib - FOTO Hadisə nəticəsində 1 hektardan çox ərazi yanıb
Hadisə
10 Avqust , 2016 04:29
​Tovuzda məişət tullantıları ərazisində yanğın baş verib - FOTO

Bakı. 10 avqust. REPORT.AZ/ Tovuz rayonunda məişət tullantılarının atıldığı ərazidə yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə ötən gün rayonun İbrahimhacılı kəndində baş verib.

Yanğın zamanı 1 hektardan çox ərazi yanıb. Kənd sakinləri külək nəticəsində güclənən alovu söndürməyə çalşsalarda bu mümkün olmayıb. Əraziyə Tovuz DYMH-nın(Dövlət Yanğından Mühafizə Hissəsinin) 2 avtomobili və xeyli sayda canlı qüvvəsi cəlb olunub.

Hündürlükdə yanan hissəyə yanğın avtomobillərinin qalxması mümkün olmadığından alovu canlı qüvvə söndürməyə cəhd göstərib.

Yanğının qarşısı çətinliklə də olsa alınıb.

Hadisə baş verən əraziyə yaxın olan üzüm bağı və geniş meşəlik yanğından mühafizə olunub.

Son xəbərlər

Orphus sistemi