Tovuzda kütləvi dava: narkotik vasitə qəbul edən yeniyetmələr döyülüb

Tovuzda kütləvi dava: narkotik vasitə qəbul edən yeniyetmələr döyülüb Faktla araşdırma aparılır
Hadisə
14 Sentyabr , 2017 10:24
Tovuzda kütləvi dava: narkotik vasitə qəbul edən yeniyetmələr döyülüb

Tovuz. 14 sentyabr. REPORT.AZ/ Tovuz rayonunda yeniyetmələr arasında kütləvi dava düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qovlar kəndində baş verib. Bir qrup yeniyetmə arasında hələki bilinməyən səbəbdən düşən dava zamanı, 2000-ci il təvəllüdlü Rəşad Elşən oğlu Hüseynov və onun həmyaşıdı, Elşad Vaqif oğlu Rzayev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. 

Hər iki şəxsə həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib və yaralılar palataya yerləşdirilib. İlkin məlumatlara görə, mübahisə edən yeniyetmələr narkotik maddənin təsiri altında olublar. 

Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi