Tovuz. 29 iyun. REPORT.AZ/ Tovuz rayonunda kütləvi dava olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayon mərkəzində yerləşən kafelərdən birində baş verib.
1990-cı il təvəllüdlü Abbasov Ruslan Arzuman oğlu kafedə tanımadığı 4 nəfər tərəfindən döyülərək kəllə-beyin travması alıb. O, xəstəxanaya yerləşdirilib. Dava zamanı qarşı tərəfdən də xəsarət alanın olduğu bildirilir.
Mübahisənin səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.