Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO Tovuz rayonunda yol qəzası baş verib.
Hadisə
24 İyun , 2019 14:55
Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Tovuz rayonunda yol qəzası baş verib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 

Belə ki, iki avtomobil toqquşub. Nəticədə nəqliyyat vasitələrinin sürücüləri Xəyyat Quliyev və Mübariz Xudiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara ambulator yardım göstərilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi