Tovuzda iki avtomobil toqquşub: xəsarət alan var

Tovuzda iki avtomobil toqquşub: xəsarət alan var Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır
Hadisə
19 Fevral , 2017 00:35
Tovuzda iki avtomobil toqquşub: xəsarət alan var

Tovuz. 19 fevral. REPORT.AZ/ Tovuz rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

"Report"un qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Düzqırıxlı kəndində baş verib.

Kənd sakini, 1984-cü il təvəllüdlü Bağırov Anar Hidayət oğlunun idarə etdiyi "VAZ -2107" markalı avtomobil qarşıdan gələn digər avtomobillə toqquşub. Nəticədə A.Bağırov müxtəlif bədən xəsarətləri alıb. O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

A.Bağırova həkimlər tərəfindən tibbi yardım göstərilib və yaralıya güclü kəllə-beyin travması diaqnozu qoyulub. O, travmatologiya şöbəsinə yerləşdirilib.

Hazırda onun vəziyyəti orta ağırdır.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi