​Tovuzda həkim qəzaya düşüb, avtomobili hadisə yerindən qaçırılıb - FOTO

​Tovuzda həkim qəzaya düşüb, avtomobili hadisə yerindən qaçırılıb - FOTO ​Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
15 İyul , 2016 17:22
​Tovuzda həkim qəzaya düşüb, avtomobili hadisə yerindən qaçırılıb - FOTO

Tovuz. 15 iyul. REPORT.AZ/ Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə iki avtomobilin toqquşması ilə baş versə də avtomobillərdən biri qəzanın baş verdiyi yerdən qaçırılıb, digər avtomobilin isə dövlət qerydiyyat nömrə nişanları çıxarılıb.
Hadisə şahidlərinin sözlərinə görə, yüksək sürətlə hərəkətdə olan “VAZ-2107” markalı avtomobil idarəetməni itirərək Tovuz Rayon Mərkəzi Xəstəxasının həkimi Şinası Vəliyevin maşını ilə toqquşub. Hadisə nəticəsində Ş.Vəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib, onun idarə etdiyi avtomobil isə hadisə yerindən qaçırılıb. 
Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi