Tovuzda güclü külək nəticəsində bir neçə evin tavanı və hasarı uçub - FOTO

Tovuzda güclü külək nəticəsində bir neçə evin tavanı və hasarı uçub - FOTO Ona yaxın kəndin elektrik enerjisi kəsilib
Hadisə
28 Mart , 2017 01:06
Tovuzda güclü külək nəticəsində bir neçə evin tavanı və hasarı uçub - FOTO

Tovuz. 28 mart. REPORT.AZ/ Güclü külək Tovuz rayonunda fəsadlar törədib.

"Report"un Qərb bürosu xəbər verir ki, təbiət hadisəsi zamanı bir neçə evin hasarı dağılıb, dam örtüyü uçub.

Gecə saatlarında güclənən külək nəticəsində 10-a yaxın kəndin elektrik enerjisi kəsilib. Yerli sakinlərin sözlərinə görə, Yuxarı Öysüzlü kəndində qəfildən başlanan külək yaşayış evlərinin hasarını aşırıb, həmçinin rayon mərkəzində yerləşən piyada keçidinin tavanına ziyan dəyib.

Tovuz Rayon Elektrik Şəbəkəsindən verilən məlumata görə, elektrik enerjisinin verilişində fasilələr yaranan bir neçə kənddə problem artıq aradan qaldırılıb. Digər kəndlərdə işlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi