Tovuzda evdə partlayış olub, xəsarət alan var

Hadisə
  • 22 fevral, 2022
  • 07:56
Tovuzda evdə partlayış olub, xəsarət alan var

Tovuz rayonunda 2 mərtəbəli binada yanğınla nəticələnən partlayış olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qazıqulu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Q.Səkiyevə məxsus 2 mərtəbəli, 7 otaqlı evin birinci mərtəbəsinin mətbəxində partlayış olub. Yanğınla nəticələnən hadisə zamanı ev sahibinin həyat yoldaşı, 1959-cu il təvəllüdlü P.Səkiyeva yanıq xəsarəti alıb. O, ağır halda xəstəxanaya yerləşdirilib.

Yanğın nəticəsində mətbəxin 0.5 kvadratmetr sahəsi əşyalarla birgə yanıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

44 filmi