Tovuzda ev quşu oğurluğu ilə məşğul olan gənc tutulub - FOTO

Tovuzda ev quşu oğurluğu ilə məşğul olan gənc tutulub - FOTO 21 yaşlı gənc müxtəlif vaxtlarda bir neçə sakinin hinindən oğurluq edib
Hadisə
28 Mart , 2017 00:28
Tovuzda ev quşu oğurluğu ilə məşğul olan gənc tutulub - FOTO

Tovuz. 28 mart. REPORT.AZ/ Tovuz rayonunda ev quşu oğurluğu ilə məşğul olan 21 yaşlı gənc saxlanılıb.

"Report"un Qərb bürosu xəbər verir ki, rayon polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Əlimərdanlı kənd sakini İsmayıl Verdiyev şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Dindirilmə zamanı məlum olub ki, İ.Verdiyev müxtəlif vaxtlarda yaşadığı kənddə bir neçə sakinin hinindən ev quşları oğurlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi