Yuxarı
    Bağlamaq

    Tovuzda ər arvadını döyərək ağır xəsarət yetirib

    Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb© Courtesy İmage

    Tovuz. 4 avqust. REPORT.AZ/ Tovuz rayonunda qadın əri tərəfindən döyülüb.

    "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Eyyublu kəndində baş verib. 

    Kənd sakini, 1990-cı il təvəllüdlü Zülfiyə Allahverən qızı Əhmədova əri tərəfindən döyülüb. Nəticədə onun burnu sınıb. 

    Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

    Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi