Tovuzda pəncərə qırılaraq yerli sakinin üzərinə düşüb - YENİLƏNİB

Tovuzda pəncərə qırılaraq yerli sakinin üzərinə düşüb - YENİLƏNİB Tovuz rayonunun Əsrik kənd sakini ehtiyatsızlıqdan xəsarət alıb.
Hadisə
3 May , 2019 23:05
Tovuzda pəncərə qırılaraq yerli sakinin üzərinə düşüb - YENİLƏNİB

Tovuz rayonunun Əsrik kənd sakini ehtiyatsızlıqdan xəsarət alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, adı hələ ki, məlum olmayan sərxoş şəxs iştirak etdiyi məclisdə oynayan zaman ehtiyatsızlıqdan pəncərəyə toxunub.

Nəticədə pəncərənin şüşəsi qırılaraq onu üzərinə düşüb və əl-qolunu kəsib. Yaralı dostları tərəfindən xəstəxanaya aparılıb. O, əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


***22:08

Tovuz rayonunda yerli sakin kəsici alət xəsarəti alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəxsiyyəti hələlik məlum olmayan şəxs xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Daha əvvəl Sumqayıt şəhərindəki ticarət mərkəzində kişi arvadını və özünü bıçaqlayıb.

Son xəbərlər

Orphus sistemi