Yuxarı
    Bağlamaq

    Tovuzda baş verən avtomobil qəzasında iki nəfər ölüb

    Onlardan birinin şəxsiyyətini dəqiqləşdirmək hələlik mümkün olmayıb

    Bakı. 10 iyul. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Tovuz rayonunun Qovlar qəsəbəsində baş verən yol qəzası barədə məlumat yayıb. 

    Nazirlikdən "Report"a verilən məlumata görə, Tovuz rayonu, Qovlar qəsəbəsi ərazisində “Mercedes” markalı minik avtomobili, “Daewoo” markalı sərnişin avtobusu ilə toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. Nəticədə “Mercedes” markalı minik avtomobili ağır deformasiyaya uğrayıb. 

    Qəza nəticəsində “Mercedes” markalı avtomobilin sürücüsü 1982-ci il təvəllüdlü Məmmədov Nadir Məmməd oğlu və avtomobildə olan 1 nəfər sərnişin aldıqları bədən xəsarətləri ilə hadisə yerində vəfat ediblər. Avtomobildə sıxılmış vəziyyətdə qalan cəsədlər yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi