Tovuzda avtomobil yol kənarındakı maneəyə çırpılıb, xəsarət alanlar var

Tovuzda avtomobil yol kənarındakı maneəyə çırpılıb, xəsarət alanlar var Faktla bağlı araşdırma aparılır
Hadisə
25 Yanvar , 2017 19:24
Tovuzda avtomobil yol kənarındakı maneəyə çırpılıb, xəsarət alanlar var

Tovuz. 25 yanvar. REPORT.AZ/ Tovuz rayonunda yol qəzası baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Xatınlı kəndi istiqamətinə gedən yolda qeydə alınıb. 

Belə ki, Tovuz sakini, 1990-cı il təvəllüdlü Əhməd Sahib oğlu Əhmədovun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Qəza zamanı avtomobildə bir sərnişin olsa da, o, ciddi xəsarət almayıb.

Faktla bağlı Tovuz Rayon Polisi Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi