Tovuzda maşının aşması nəticəsində yaralananların şəxsiyyəti məlum olub - FOTO - VİDEO - YENİLƏNİB-2

Tovuzda maşının aşması nəticəsində yaralananların şəxsiyyəti məlum olub - FOTO - VİDEO - YENİLƏNİB-2 Video əlavə olunub
Hadisə
20 Avqust , 2019 13:44
Tovuzda maşının aşması nəticəsində yaralananların şəxsiyyəti məlum olub - FOTO - VİDEO - YENİLƏNİB-2

Video əlavə olunub


*** 01:04

Tovuz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan biri ölüb.

"Report"un Qərb Mərkəzi xəbər verir ki, hadisə zamanı ağır bədən xəsarəti alan 5 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan 1996-cı il təvəllüdlü Murad Qoşqar oğlu Səmədov həkimlərin müdaxilələrinə baxmayaraq xəstəxanada keçinib. 


*** 00:48

Tovuz rayonunun Bozalqanlı kəndində yol qəzası nəticəsində yaralananların hamısının adları məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, "Mercedes"in idarəetmədən çıxaraq aşması nəticəsində Aslanov Taleh Valeh oğlu (1996), Səmədov Murad Qoşqar oğlu (1997), Əmiraslanov Emil Nofəl oğlu (1996) və Namazov Səid Cəfər oğlu (1996) xəsarət alıb.


***22:28

Tovuz rayonunun Bozalqanlı kəndində xəsarətlə nəticələnən yol qəzası olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb, ardınca isə aşıb.

Nəticədə 4 nəfər yaralanıb. Onlardan 22 yaşlı Səmədov Murad Qoşqar oğlunun vəziyyətinin ağır olduğu bildirilir. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi