Tovuzda avtomobil qəzası baş verib - YENİLƏNİB

Tovuzda avtomobil qəzası baş verib - YENİLƏNİB Tovuz. 10 avqust. REPORT.AZ/ Tovuzda avtomobil qəzası zamanı xəsarət alan şəxsin kimliyi məlum olub. VAZ-2107 markalı avtomobilin Niva markalı avtomobillə toqquşması nəticəsində sərnişin, Tovuz şəhər sakini, 1997-ci il təvəllüdlü Fəridə İlqar qızı Hacıyeva xəsarətlə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Hadisə
10 Avqust , 2018 22:23
Tovuzda avtomobil qəzası baş verib - YENİLƏNİB

Tovuz. 10 avqust. REPORT.AZ/ Tovuzda avtomobil qəzası zamanı xəsarət alan şəxsin kimliyi məlum olub. "VAZ-2107" markalı avtomobilin "Niva" markalı avtomobillə toqquşması nəticəsində sərnişin, Tovuz şəhər sakini, 1997-ci il təvəllüdlü Fəridə İlqar qızı Hacıyeva xəsarətlə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


*** 21:39

Tovuz. 10 avqust. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunda avtomobil qəzası baş verib, xəsarət alan var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə magistral yolunun Tovuz şəhər ərazisindən keçən hissəsində baş verib. 

İki avtomobilin toqquşması nəticəsində xəsarət alan olduğu bildirilir.

Hazırda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisənin səbəblərini araşdırır.

Son xəbərlər

Orphus sistemi