Tovuzda avtomobilin vurduğu piyadanın şəxsiyyəti məlum olub - YENİLƏNİB

Tovuzda avtomobilin vurduğu piyadanın şəxsiyyəti məlum olub - YENİLƏNİB Tovuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan piyadanın şəxsiyyəti dəqiqləşdirilib.
Hadisə
15 Avqust , 2019 23:15
Tovuzda avtomobilin vurduğu piyadanın şəxsiyyəti məlum olub  - YENİLƏNİB
Foto: "Report"

Tovuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan piyadanın şəxsiyyəti dəqiqləşdirilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bu, rayonun Əlimərdanlı kənd sakini, 40 yaşlı Məmmədova İstarə Eldar qızıdır. Hazırda Tovuz rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsində müalicəsi davam edən qadının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


***21:57

Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Əlimərdanlı kəndində qeydə alınıb.

Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi