Tovuzda avtomobil dərəyə aşıb, yaralananlar var - FOTO - YENİLƏNİB

Tovuzda avtomobil dərəyə aşıb, yaralananlar var - FOTO - YENİLƏNİB Tovuz. 31 oktyabr. REPORT.AZ/ Tovuz rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Hadisə
31 Oktyabr , 2018 19:18
Tovuzda avtomobil dərəyə aşıb, yaralananlar var - FOTO - YENİLƏNİB
Report
0 : 00
0 : 00

Tovuz. 31 oktyabr. REPORT.AZ/ Tovuz rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Əsrik Cırdaxan kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxıb və dərəyə yuvarlanaraq çaya düşüb.

Nəticədə 4 nəfər - Tovuz rayon Bayramlı kənd sakinləri - 1978-ci il təvəllüdlü Xəyalə Rəşid qızı Cəfərova, 1971-ci il təvəllüdlü Cəmil Kamil oğlu Cəfərov, 1962-ci il təvəllüdlü Rəşid Kamil oğlu Cəfərov və 1976-cı il təvəllüdlü Samirə Əli qızı Cəfərova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


***16:57

Tovuz rayonunda avtomobil dərəyə aşıb, yaralılar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Kirən kəndi ərazisində baş verib. 

Belə ki, "VAZ-2106" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə bir neçə nəfər ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi