Tovuzda avtomobil atlını vurub - FOTO

Tovuzda avtomobil atlını vurub - FOTO Xəsarət almış Sərxan Səfərlinin vəziyyəti orta-ağırdır
Hadisə
9 Aprel , 2017 00:11
Tovuzda avtomobil atlını vurub - FOTO
Foto: "Report"

Tovuz. 9 aprel. REPORT.AZ/ Tovuz rayonunda avtomobil atlını vurub.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Alakol kəndində baş verib.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili atla hərəkətdə olan 25 yaşlı Sərxan Səfərlini vurub. Nəticədə S.Səfərli müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb və ona tibbi yardım göstərilib. S.Səfərlinin vəziyyətinin orta-ağır olduğu bildirlir.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi