Tovuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.
Belə ki, "Opel" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində avtomobilin sürücüsü 1991-ci il təvəllüdlü Orxan Fazil oğlu Əhmədli ağır xəsarətlər alıb və xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.

