Tovuzda avtomobil 55 yaşlı qadını vurub

Tovuzda avtomobil 55 yaşlı qadını vurub Şölə Rzayevə xəstəxanaya aparılıb
Hadisə
20 Avqust , 2016 22:05
Tovuzda avtomobil 55 yaşlı qadını vurub

Tovuz. 20 avqust. REPORT.AZ/ Tovuz rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəza hadisəsi baş verib.

"Report"un qərb bürosu xəbər verir ki, hadisə Əlibəyli yolunda qeydə alınıb.

Belə ki, 55 yaşlı Şölə Rzayeva yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı ətrafdakıların köməyi ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi