Tovuzda arvadını bıçaqlayıb öldürən şəxsin məhkəməsi başlayıb

Tovuzda arvadını bıçaqlayıb öldürən şəxsin məhkəməsi başlayıb İş hakim Faiq Mahmudovun sədrlik etdiyi kollegiya tərəfindən araşdırılır
Hadisə
8 Dekabr , 2020 12:29
Tovuzda arvadını bıçaqlayıb öldürən şəxsin məhkəməsi başlayıb
0 : 00
0 : 00

Gəncə Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Malik Məmmədəliyevin cinayət işi üzrə hazırlıq iclası başalyıb.

“Report” xəbər verir ki, iş hakim Faiq Mahmudovun sədrlik etdiyi kollegiya tərəfindən araşdırılır.

Proses dekabrın 29-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə bu ilin avqust ayında Tovuz rayonunun Aşağı Quşçu kəndində qeydə alınıb.

1986-cı il təvəllüdlü Məmmədəliyev Malik Şahmar oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Rəqsanə Məmmədovanı bıçaqlayıb.

Qadın Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirisə də onun həyatını xilas etmək mümkün olmayıb.

M.Məmmədəliyevə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi