Yuxarı

Tovuzda ağacdan meyvə yığan qadın yıxılaraq ağır xəsarət alıb

O, dərhal təcili yardım maşını ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb

Bakı. 2 iyun. REPORT.AZ/ Tovuz rayon sakini ağacdan yıxılaraq ağır xəsarət alıb. "Report" xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Dönük Qırıqlı kəndində baş verib.

Kənd sakini, 55 yaşlı Göyçək Məmmədova ağacdan meyvə dərərkən yıxılaraq xəsarət alıb.

O, dərhal təcili yardım maşını ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb və yaralıya tibbi yardım göstərilib.

Hazırda Göyçək Məmmədovanın vəziyyəti kafidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi