Tovuzda 9 yaşlı uşağı avtomobil vurub

Tovuzda 9 yaşlı uşağı avtomobil vurub Yaralı yaxınlarının köməyi ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb
Hadisə
3 İyun , 2017 21:09
Tovuzda 9 yaşlı uşağı avtomobil vurub
Courtesy İmage

Tovuz. 3 iyun. REPORT.AZ/ Tovuz rayonunda 9 yaşlı piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib.

"Report" Qərb bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib.

Kənd sakini, 2008-ci il təvəllüdlü Yüsibov Fuad Elnur oğlu oyun oynayarkən yolu keçmək istəyib və bu zaman onu avtomobil vurub. Yaralı yaxınlarının köməyi ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlər tərəfindən tibbi yardım göstərililən uşağın vəziyyəti orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi