Tovuzda 87 yaşlı qadın yıxılaraq ağır xəsarət alıb

Tovuzda 87 yaşlı qadın yıxılaraq ağır xəsarət alıb Hadisə axşam saatlarında Dondar Quşçu kəndində baş verib
Hadisə
26 Mart , 2017 18:27
Tovuzda 87 yaşlı qadın yıxılaraq ağır xəsarət alıb
Courtesy İmage

Tovuz. 26 mart. REPORT.AZ/ Tovuz rayonunda 87 yaşlı qadın pilləkəndən yıxılaraq ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında, rayonun Dondar Quşçu kəndində baş verib.

Kənd sakini, 1930-cu il təvəllüdlü Yüsibova Bulu Həmid qızı yaşadığı evin pilləkənindən yıxılıb.

Yaşlı qadın yaxınlarının köməyi ilə xəstəxanaya aparılıb. Dərhal həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi