Tovuzda 67 yaşlı qadını avtomobil vurub

Tovuzda 67 yaşlı qadını avtomobil vurub Faktla bağlı araşdırma aparılır
Hadisə
25 Avqust , 2017 20:49
Tovuzda 67 yaşlı qadını avtomobil vurub
Report.az

Tovuz. 25 avqust. REPORT.AZ/ Tovuz rayonunda 67 yaşlı qadını avtomobil vurub. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Tovuz Rayon Mərkəzi Xəstəxanasının qarşısında qeydə alınıb. 

Belə ki, Tovuz rayonunun Aşağı Öysüzlü kənd sakini, 1950-ci il təvəllüdlü Cəmilə Tapdıq qızı İsmayılova yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Qəzanı törədən sürücü hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.  

Faktla bağlı araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi